Şuşada bayram namazı qılındı - Videoİşğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada 29 ildən sonra Ramazan bayramı namazı qılınır.

Avrasiya.net xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.

Bu gün Ramazan bayramıdırBu gün Azərbaycanda Ramazan bayramıdır.

Avrasiya.net xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitvasına əsasən, Eydül Fitr - Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

İslama görə Ramazan ayının orucu bütün həddi-büluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fitvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.
Şuşada atəşfəşanlıq oldu - VideoArzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində yazıb.

Mehriban Əliyeva Şuşada atəşfəşanlığın videogörüntüsünü də paylaşıb.
Sabah Şuşada bayram namazı qılınacaq29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.

Bu barədə Avrasiya.net-ə Bakı Media Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.
Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIRBu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı başlayır.

Avrasiya.net xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.

Xatırladaq ki, "Xarı bülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Musiqi festivalı ilk dəfə 1989-cu ilin 21 may tarixində Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

Həmin festival bir sıra xarici ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

Festivalın sonralar da keçirilməsi 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar dayanmışdı.

Nəhayət 28 ildən sonra 44 günlük Vətən mühüribəsində zəfər çalan Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi.
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net-in xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!"
ABŞ DƏHŞƏTİ: 16 milyon əhalini necə qırıb...ABŞ Prezidenti 1915-ci ildə ermənilərin 2,5 milyon türkü rus silahları ilə qətlə yetirməsini görməzdən gəlməsi, köçürülmə zamanı talançılıq edən və türk əsgəri geyimində özününküləri öldürən ermənilərin törətdikləri hadisəni “soyqırımı” adlandıılması əslində tarix boyu soyqırımlara imza atan bir dövlətin ikiüzlülüyünü göstərir.

Amerika Prezidenti Bayden unudur ki, onların babaları Avropadan bura köçərək yerli hindu xalqlarını soyqırımına məruz qoyublar. Məsləhət olardı ki, din xadimi Bartolome de Las Kasasın 1552-ci ildə nəşr etdirdiyi “Hindistanların dağılmasının qısaca reallığı” (ispan dilində “Brevísima relación de la destrucción de las İndias”) əsərini oxusun. Müəllif qeyd edir ki, işgəncələri, qətliamları, yırtıcı münasibətlərin şahidi özü olmuş, yalnız müəyyən bir hissə digər şahidlərin sözləri ilə ifadə olunmuşdur.

Bu gün Amerika tarixçiləri və siyasətçiləri qəsdən Amerika kəşf ediləndə orda aborigenlərin sayın 16 milyon göstərməyə çalışırlar. Lakin həqiqətdə başqa rəqəmlər tarixin səhifələrindədir. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayırmış – 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayırmış və 1620-ci ildən 1900-cu ilə qədər aborigenlərin sayı 237 min nəfərə kimi düşmüşdü.

Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza Papaya və Avropa krallarına məktubunda yazırdı: “Yerli əhalinin buradakı “insan ehtiyatı” həddindən artıq çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da, azalmazlar”.

Avropalıların fiziki cəhətdən hinduları məhv etməsinə imkanları çatmadığından Papanın təklifi ilə yerli sakinlərin immun sisteminə yad olan xəstəliyin yayılması planı işə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların 40-45%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.

Cənab Bayden Tayno soyqırımını, Kalinaqo soyqırımını, Piket soyqırımı, Astek soyqırımını və digər soyqırımları unudub deyəsən. Milyonlarla hindunun qətl edilməsini yaddan çıxardan Bayden Vatikan yepiskoplarının “Tanrı onları avropalı xristianların qulu olmağa vadar edibdir” sözünü icra edir deyəsən...

Xocalıda, Malibəylidə, Başlıbeldə, Ağdabdanda, Qaradağlıda soyqırımlar törədən ermənilərə qucaq açan Baydeni başa düşmək olar, çünki soyqırımı törədən bir dövlət soyqırım törədən bir milləti müdafiə edir.

Yaxud 1994-cü ildə Ruandada baş vermiş soyqırımı Belçika və Fransa ilə birgə törətdiyini Bayden “unudub”?

Əfqan xalqına qarşı ABŞ-ın soyqırımı siyasətini Bayden niyə dilə gətirmir?

İraqda Amerika əsgərlərinin etdikləri nədir? Vyetnam müharibəsi zamanı Amerikanın etdiyi nə idi?..

Zaur Əliyev
Ramazan ayı başladıAzərbaycanda Ramazan ayı başlayıb.

Avrasiya.net xəbər verir ki, bu il üfüqdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprelə təsadüf edir.

Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar qəbul etdiyi builki fətvada qeyd edilir: "Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır".

Qeyd edək ki, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

Avrasiya.net xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Təqvimdə eyni zamanda Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Qeyd edək ki, şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.
Ramazan ayının təqvimi açıqlandı
Türk dünyasının 100 illik problemi həll edilirİlham Əliyevin Türk Şurası Zirvəsində Zəngəzurla bağlı dediklərindən iki nəticə çıxarmaq olar.

Prezident dedi ki:

1. “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Bununla türkdilli ölkələrə türk dünyasının coğrafi parçalanmasının aradan qaldırıldığı və bu coğrafiyada dərin əməkdaşlığın bundan sonra siyasi iradədən asılı olduğu mesajı verildi;

2. “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Fevralın 26-da mətbuat konfransında prezident Ermənistanın Zəngəzur dəhlizinə problemlər yaratdığını açıqlamışdı. İndi dəhliz üzərində fəal iş aparıldığını bildirir. Bu, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin yaratdığı, yaxud yaratmaq istədiyi problemin qalmadığı deməkdir. Ermənistan baş nazirinin kommunikasiyanın müsbət tərəfləri haqda açıqlamaları da Bakının xəbərdarlığından sonra dəhlizin önünə qoyula maneələrin aradan qaldırıldığını deməyə əsas verir.

Türk coğrafiyasının 100 ildən çoxdur mövcud olan problemi həll edilməkdədir: artıq coğrafiyanın taleyi siyasi liderlərin iradəsindən asılı olacaq.