"Qarabağ" bu gün "Kayrat"la qarşılaşacaq"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Avrasiya.net xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)

Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Kayrat" - 1, "Omoniya" - 1.
Bu gün Avropa Liqasında daha bir oyun keçiriləcəkBu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda daha bir oyun keçiriləcək.

Rusiyanın "Spartak" (Moskva) klubu C qrupunda İngiltərə "Lester"ini qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Moskva təmsilçisi iki oyundan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Britaniyalılar isə 1 xalla İtaliya "Napoli"si ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı başçılıq edir.

Avropa Liqası, qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr

18:30. "Spartak" (Moskva, Rusiya) - "Lester" (İngiltərə)
Ronaldonun 8.5 milyonluq yeni avtomobili - FotoPortuqaliya millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Kristiano Ronaldonun yeni avtomobili sosial mediada gündəm olub.

Axar.az xəbər verir ki, futbolçu “Bugatti” şirkətinin məhdud sayda istehsal etdiyi avtomobillərindən birini öz maşın kolleksiyasına əlavə edib.

Ronaldo həmin avtomobili almaq üçün 8,5 milyon funt-sterlinq xərcləyib.

Qeyd edək ki, Kristiano Ronaldonun qarajında ​​“Rolls Roys”, “Ferrari”, “Lamborghini”, “Aston Martin”, “McLaren”, “Bentley”, “Maserati”, “Audi” və BMV avtomobilləri də var.
Güclü komandaya məğlub olduq - ByaziGüclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır.

Avrasiya.net xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır", - Byazi qeyd edib.
Millimiz İrlandiya komandasına uduzduDÇ-2022-nin seçmə mərhələsində saat 20:00-da başlayacaq Azərbaycan - İrlandiya oyunu üçün heyətlər müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 13. Abbas Hüseynov, 5. Maksim Medvedev (k), 4. Höccət Haqverdi, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 7. Namiq Ələsgərov, 19. Filip Ozobiç, 10. Mahir Emreli.

İrlandiya: 1. Qavin Bazunu, 2. Matt Doherti, 4. Şeyn Daffi, 5. Con Eqan (k), 6. Coş Kullen, 7. Kallum Robinson, 11. Ceyms Makklin, 13. Ceff Hendrik, 15. Daril Horqan, 22. Endryu Omobamidel, 9. Adam İdah.

***

Azərbaycan - İrlandiya matçı başladı.

***

İrlandiya görüşün 7-ci dəqiqəsində Robinsonun qolu ilə hesabı açdı: 0-1.

***

Robinson görüşün 39-cu dəqiqəsində komandasının 2-ci qoluna imza atdı: 0-2.

***

İrlandiya görüşün 90-cı dəqiqəsində Oqbensenin qolu ilə fərqi üçə çatdırdı: 0-3. Matç elə bu hesabla da başa çatdı.
Rafael Ağayevin ayağı sındı - FotoKarate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı
Ukraynalı deputat olimpiadada qazandığı medalı satırUkraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə feysbuk hesabında bildirib.

O, əldə etdiyi gəliri xeyriyyəçilik məqsədi ilə istifadə etməyi planlaşdırdığını vurğulayıb: "Tokiodan gətirdiyim qızıl medalımla bir çox insan şəkil çəkdirib. O, ölkəmizin şərəf və qürur mənbəyidir. Ukraynaya yeganə qızıl medalı qazandırdığım üçün şanslıyam. Amma bu medalın yalnız rəfdə yatmasını yox, faydalı olmasını istəyirəm. Hərrac keçirib onu satmağı və bütün gəliri xəstə uşaqlar üçün xeyriyyəçilik məqsədi ilə bağışlamağı düşünürəm".

Qeyd edək ki, Yan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.
“Qarabağ Azərbaycandır!” futbol turniri keçiriləcək44 günlük Vətən müharibəsindəki qələbəmizin birilliyi tamam olmaq üzrədir. Bu münasibətlə bir çox tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərdən biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Qarabağ Azərbaycandır!” futbol turniridir.

Həvəskar komandaların iştirak edəcəyi yarış 03 oktyabr – 08 noyabr tarixləri arasında keçiriləcəkdir. Turnirdə 12 komanda 2 qrupda yarışacaq, ilk dörd yeri tutan komandalar növbəti mərhələyə keçərək Play-off formatında yarışı davam etdirəcəklər. Yarış barədə məlumat verən Zəngilanın “Çinar” həvəskar futbol komandasının rəhbər Ramil Şıxəliyev bildirmişdir ki, bu yarış həm şəhidlərimizin əziz xatirəsini yaşatmaq və eyni zamanda tarixi qələbəmizi özünəməxsus şəkildə qeyd etmək üçün təşkil edilmişdir.

R.Şixəliyev öz komandasının turnirin favoritlərindən olduğunu və yarışın qalibi olmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. “Bizim rayon 20 oktyabr 2020-ci il tarixdə işğaldan azad edildi. Artıq biz məcburi köçkün sayılmırıq və ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə alınmış rayonumuza geri dönmək üçün günləri sayırıq. Bu yarışda da qalib olmaq üçün motivasiyamız budur.

Biz şəhidlərimizin xatirəsini daim yad etmək məqsədilə futbol geyimlərimizdə öz adlarımızı deyil, məhz Vətən üçün canlarını qurban vermiş şəhidlərimizin adlarını qeyd etmişik. Biz onların adlarına layiq olmaq üçün meydana çıxacağıq və əldə edəcəyimiz kubok və medalları Zəngilanımıza aparacağıq!” Ramil Şixəliyev bu yarışa marağın böyük olduğunu dedi.

Qısa bir müddət ərzində iştirakçıların sayı 12-yə tamamlandı və 02 oktyabr tarixində püşkatma baş tutdu. O qeyd etdi ki, yarışlarda iştirak üçün müəyyən maliyyəyə ehtiyac yaranmışdı və biz rayonun sahibkarlarına müraciət etdik. “Komandamızın loqosu xan çinar yarpağıdır. Gördüyünüz kimi formamızın üzərində bu yarpaq əks olunub. “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nə müraciət etdik ki, bizim xərclərimizin bir qismini qarşılasınlar.

Şirkət rəhbərliyi məmnuniyyətlə dəstək verəcəyini dedi və biz də həm komandamızın, həm adıkeçən şirkətin, həm də Zəngilanın simvolu olan Xan çinar yarpaqlı formamızı əldə etdik. Zəngilanın futbol ənənələri vardır və biz ümid edirik ki, rayonumuzun ölkə çempionatlarında iştirak edəsi güclü komandaları yaranacaqdır”.

Sonda Ramil Şixəliyev komandanın yaradılmasında onlara dəstək vermiş hər kəsə, o cümlədən “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nin rəhbərliyinə öz minnətdarlığını bildirdi.



İngiltərə premyer liqası İctimai TV-yə sarı gəlir!Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə premyer liqasının 2021/2022 mövsümünün qarşıdakı turlarının İctimai Televiziya ilə yayımlanması barədə razılıq əldə olunub. Anlaşmaya əsasən, hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, məsələ ilə bağlı telekanala ünvanlanan çoxsaylı müraciətlər, Şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan minlərlə məktub və ümumiyyətlə premyer liqa oyunlarına böyük ictimai maraq nəzərə alınaraq aparılan danışıqlar futbolsevərlər üçün sevindirici xəbərlə nəticələnib:

“Futbol həvəskarları hazırda İngiltərə premyer liqa oyunlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiyi üçün nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik İctimai Televiziya azarkeşlərə növbəti sürpriz edir.

Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə “Saran Holdinq”ə təşəkkürümüzü bildirir və bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq.

Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. Bazar günü saat 19:30-dan başlayaraq isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər. Xoş seyrlər! – deyə Şirkətin mətbuat xidmətinin açıqlamasında bildirilir.
"Qarabağ" Kiprdə darmadağınla qalib gəldiUEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə üz-üzə gələcək "Omoniya" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

"Qarabağ" - "Omoniya" matçı start götürüb.

***

Görüşün 39-cu dəqiqəsində "Omoniya" Yan Leçyaksın qolu ilə hesabda önə keçdi: 1-0.

***

Kadi Borqes uzaq məsafədən dəqiq zərbə ilə "Qarabağ"ın bərabərlik qoluna imza atdı: 1-1.

***

Ramil Şeydayev görüşün 72-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə keçirdi: 1-2.

***

Medvedev görüşün 79-cu dəqiqəsində penaltidən "Qarabağ"ın 3-cü, Borqes isə görüşün son dəqiqəsində 4-cü qoluna imza atdı. Görüş bu hesabla da yekunlaşdı: 1-4.