Qazaxda kütləvi dava: ata və oğlu döyüldüQazax rayonunda kütləvi dava olub.

 Oxu.az xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abdula Abdulayev bıçaqlanma diaqnozu, 1969-cu il təvəllüdlü Məmməd Qocayev, onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev və İlqar Abdulayev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Biləcəri daş bazarında usta faciəvi şəkildə öldüSentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki Biləcəri daş bazarında çalışan 1984-cü il təvəllüdlü Xəqani Əzizovu elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Binəqədi Rayon Prokurluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi "Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Axundu məscidin həyətində bıçaqladılarLənkəranda din xadimi bıçaqlanıb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.
10-cu sinif şagirdi məktəbdə qəflətən öldüAğstafada 10-cu sinif şagirdi məktəbdə qəflətən ölüb.

Hadisə şəhərin 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Belə ki, rayon sakini, 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin məktəblinin öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.
Maşın kanala aşdı - İki nəfər öldüMasallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Erməni ordusu atəş açdı, hərbçimiz yaralandıErmənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.

İtkin düşən Yevlax sakininin meyiti tapılıbYevlax rayonunun Havarlı kənd sakini, bir neçə gün öncə itkin düşən 1991-ci il təvəllüdlü Mahmudov Ramin Elxan oğlunun meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onun meyiti Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən transformatorun içərisindən yanmış vəziyyətdə aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, R.Mahmudovun valideynləri bir neçə gün öncə övladlarının itkin düşməsi barədə Yevlax Rayon Polis Şöbəsində müraciət etmişdilər. Onun əqli cəhətdən qüsurlu olduğu bildirilib.
16 yaşlı yeniyetmə 49 yaşlı kişini bıçaqladıSalyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 26-sı saat 21 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Oktay Taleh oğlu Babayev aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1973-cü il təvəllüdlü Məxsud Adil oğlu Kərimovu yaşadığı küçədə bıçaqla qəsdən 2 dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.