Rəhim Rəhimlinin əsl ölüm səbəbi... - TƏBİBAzərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
Rəhim Rəhimli vəfat etdiTanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev İnstaqram hesabında yazıb.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib. O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib. Allah rəhmət eləsin!
İctimai TV və Radionun yeni mövsümdə planları açıqlandıİctimai Televiziya yeni mövsümə start verir. Bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcək. Mövsümün sonuna kimi isə İngiltərə premyer liqasında hər turun 2 ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi "Bol idman"da müzakirə olunacaq.

Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcək”. Əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq.

İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, "Yaxşı həkim" sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqram geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq.
Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək.

İctimai Televiziyanın efirində hərbi-vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq.

Yeni mövsümdə tamaşaçılara Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii, sənədli filmlər, o cümlədən narkomaniyanın cəmiyyətə vurduğu zərərli təsirlərdən bəhs edən Amerika serialı “Breaking Bad”, BBC-nin detektiv janrında məşhur “Sherlock” serialı, “Blacklist (9-cu sezon), “Around the World in 80 Days”, “Osmanlı İmperiyasının yüksəlişi” bədii-tarixi filmi, “Quiz” və başqaları peşəkar dublyajla nümayiş etdiriləcək.

Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyası mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri - Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək.

Tamaşaçılar hər səhər “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban” verilişlərini həftəiçi izləyə biləcəklər.
İctimai Televiziya yeni mövsümdə tamaşaçılara yerli istehsal olan seriallar da təqdim edəcək. Tanınmış rejissor Emil Quliyevin rejissorluğu ilə maraqlı üslubda hazırlanan “Əqrəb mövsümü”, “Körpü” serialları izləyicilər üçün çox cəlbedici olacaq. Ötən mövsümdə tamaşaçıların rəğbətini qazanmış “Simurq” serialının 2-ci sezonu həftəiçi yayımlanacaq.

Əsrlərlə yaşı olan muğalarımız və aşıq sənətinin təbliğinə həsr edilən “Ustad dərsi”, “Ozan məclisi” proqramlarının yeni buraxılışlarının yayımı da İTV-də davam edəcək.

Milli azlıqlardan bəhs edən “Bura Vətəndir: sıradan birimiz” layihəsi yeni mövsümdə davam etdiriləcək.
Məşhur şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən film çəkilişlərinə xüsusi diqqət yetirilir. Böyük şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə “Şeyx Sənan” pyesi əsasında müasir dövrə uyğun hazırlanan eyni adlı serialı, "Bəraət - №1113" filmləri silsiləsindən daha birini izləmək mümkün olacaq. Bundan başqa, Qara Qarayevin 105, Məmməd Arazın 100, Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmlərin nümayişi nəzərdə tutulur.

İctimai Radio da yeni mövsümə maraqlı layihələrlə start verib. İlk növbədə, ölkənin radio məkanında ən çox dinlənilən, Fateh və Rəvan Bağırovun təqdimatında "MANPASI" səhər şousu və DJ Turalla “AvtoStop” verilişinin yayımı davam edir. Yeni maraqlı layihələrdən - Nərmin Aşurzadə ilə “Əsas Dərs” verilişində təhsil, fərdi inkişaf, ixtisas seçimi, təhsil sistemində yeniliklər və imkanlar barədə artıq iş günləri saat 17:00-da müzakirələr başlayır, bu mövzularda dinləyicilərə dəqiq, aktual və ətraflı məlumatlar verilir. Əhməd Əliyevlə “İdman Gündəliyi”ndə isə dekabrda Qətərdə baş tutacaq futbol üzrə Dünya Çempionatı ərəfəsində və ondan sonra idmanın müxtəlif sahələrinə dair gündəlik məsələlərin müzakirəsi iş günləri saat 11:00-da nəzərdə tutulur.

Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək. Yeni mövsümdə bütün həmkarlarımıza uğurlar arzu edirik!
Əminə Yusifqızının səhhəti pisləşdiXalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib.

Kult.az xəbər verir ki, bu barədə Report-a aktrisanın özü məlumat verib.

85 yaşlı xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.
İctimai TV-də kadr və struktur dəyişikliyi olubSentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər.

Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.
Xurşidbanu Natəvana həsr olunan kitabın təqdimatı keçirilibBərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş, müəllifləri millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli olan “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitablarının təqdimatı keçirilib.

Təqdimatda şəhid ailələri, qazilər, regional idarə üzrə Bərdə, Tərtər, Yevlax rayonlarından, o cümlədən Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, Asan könüllülər, millət vəkili Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tədbirə dəvət olunmuş fəxri qonaqlar iştirak edib.

Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad etmək məqsədilə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarı önünə gül dəstələri düzülüb.

Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova açaraq tədbir iştirakçılarını salamlayıb, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs edib.

Sonra millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli tərəfindən “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.
Vurğulanıb ki, təqdim olunan kitabın Azərbaycanda ilk təqdimatı məhz Bərdə Regional Mədəniyyət idarəsində keçirilir. Kitab bir tərəfdən də Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.
“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır.
Bakıda “BEST OF INDIA” - Ən Böyük Eksklüziv Hindistan sərgisi açılıb02 sentyabr 2022-ci il tarixində Bakıda sayca 9-cu “BEST OF INDIA” – Hindistanın ən böyük eksklüziv moda və həyat tərzi sərgisinin rəsmi açılışı baş tutub. Sərgini rəsmi olaraq Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar, Hindistan İxrac Təşkilatları Federasiyasının rəsmisi cənab Qaurav Qupta, Hindistan Mikro, Kiçik və Orta Müəssisələr Nazirliyinin Milli İdarə Heyətinin üzvü cənab Racniş Qoenka və “ANM Exhibitions” şirkətinin sədri cənab Anil Mehta açıq elan ediblər. Sərgi M. Hüseynov küçəsi 26A (köhnə Neftçilər prospekti) ünvanıda yerləşən Bakı İdman Sarayında keçirilir.

Müvəqqəti işlər vəkili cənab Vinay Kumar salamlama nitqində bu tədbirin Hindistan Səfirliyi tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün təşkil edilən çox saylı tədbirlərdən biri olduğunu vurğulayıb. O, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dostluq əlaqələrini vurğulayaraq, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu və belə tədbirlərin təşkilinin bu cür imkanların təşviqi və iki ölkə arasında iqtisadi əlaqələrin artırılması baxımından çox vacib olduğunu vurğulayıb.

02-12 sentyabr 2022-ci il tarixlərində keçirilən 11 günlük sərgi ərzində 60-dan çox Hindistan şirkəti düyü, çay, ədviyyatlar, hədiyyəlik əşyalar, əl işləri, ev mebelləri, tekstil məmulatları və geyimlər, zərgərlik və kosmetika məmulatları daxil olmaqla yüksək keyfiyyətli mal və xidmətlərini nümayiş etdirir. Ziyarətçilər həmçinin 03 və 04 sentyabr 2022-ci il tarixlərində saat 13:00 və 16:00-da canlı moda nümayişlərindən həzz ala bilərlər. Sərgiyə giriş pulsuzdur.

Çox sayda ziyarətçi orijinal hind çayını dadmaq üçün sərgi zalında Səfirliyin stendinə gəlirlər. Tədbir zalındakı böyük LED ekranda isə ziyarətçilər Hindistan turizmi, mədəniyyəti və investisiya imkanları haqqında videoçarxları Azərbaycan dilində subtitrlərlə izləyə bilərlər. Tədbirdə Bollivud mahnılarının müşaiyətilə ifa olunan ənənəvi hind rəqsləri və xına (Mehndi) stendləri ziyarətçiləri valeh edir.






Milli Musiqi Günü ilə əlaqədar “Arşın mal alan” tamaşasının məşqlərinə başlanılıbMingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən 18 sentyabr “Milli Musiqi Günü” ilə əlaqədar “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb.

Tamaşa müasir teatr elementləri ilə zəngindir. Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın qurluşçu rejissoru Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev,Rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbinin müəllimi İradə Xəlilova və layihə rəhbəri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır.

Tamaşa 17 sentyabrda nümayiş olunacaq.
Qeyd edək ki, "Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.

“Hindistan yaradıcılığı səhnədə” adlı eksklüziv moda nümayişi təşkil edilibHindistanın Bakıdakı Səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə 31 avqust 2022-ci il tarixində “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.

Avrasiya.net xəbər verir ki, Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan Səfirliyi tərəfindən Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.

Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən Hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.

Moda şousunun rəhbəri və xoreoqrafı cənab Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, salvar kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri və axıcı donlar nümayiş zamanı tamaşaçıların diqqəti cəlb edib.

Tədbirdə çıxış edən cənab Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistanın ÜDM-nin 2,3%-ni və ixracının 12%-ni təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41% artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.

Cənab Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

O, tamaşaçılardan 02-12 sentyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksək keyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00 və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə bilərlər.
Ənvər Həsənov koronya yoluxdu, vəziyyəti ağırdırXalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.