İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Əliyevin də açılışında iştirak edəcəyi hava limanı - FotolarBu gün Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanı istifadəyə veriləcək. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi iki ölkənin liderlərinin təyyarələri edəcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aeroportun açılış mərasiminə hazırlıq işləri yekunlaşıb.

Belə ki, hava limanının ərazisinə, şəhərin müxtəlif yerlərinə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın portretləri asılıb, iki ölkənin bayraqları və müxtəlif şüarlarla bəzədilib.

Bölgədə yaşayan insanlar tarixi günün şahidi olmaq üçün əraziyə axın ediblər. Meydana toplaşan sakinlər əllərində Azərbaycan və Türkiyə bayraqları tutublar.

Bir neçə saatdan sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri Rizəyə enəcək və açılış mərasimi başlayacaq.
"Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır""Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.

Dövlət başçısı deyib:

"Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik".
Prezident İlham Əliyev və birinci xanım ŞUŞADAMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha sonra dövlətimizin başçısı müraciət edib.
Prezident və xanımı Füzuliyə getdiMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.
Prezident onları təltif etdi - 2 sərəncamPrezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Abdullayev Kazım Ənvər oğlu

Balayev Məmmədəli Bəşir oğlu

İmanova Gülbacı Əliəkbər qızı

Qarayev Fərəc Qara oğlu

Novruzova Nubar Qulu qızı

Sadıqov Faiq Əbülfəz oğlu

Verdiyev Fikrət Süleyman oğlu.

***

Azərbaycan Prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Abutalıbov Şirzad Əsəd oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağakişiyev Rauf Fikrət oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Allahverdiyev Ceyhun Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Arsentyeva Olqa Anatolyevna

Atakişiyeva Mətanət Ağazair qızı

Babayev Allahverən Hacı oğlu

Babayev Əbülfət Məmməd oğlu

Babayeva İnarə Əhməd qızı

Babayeva Töhfə Ağaəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Bağırova Sənubər Yusufovna

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bayramov Təyyar Allahverdi oğlu

Bədəlova Solmaz Əligözəl qızı

Bəşirov Xanlar Əyyub oğlu

Cəbrayılov Elşən Şahin oğlu

Cəfərov Samir Qadir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyvazova Ayan Fuad qızı

Eyyubov Musa Eyyub oğlu

Əfəndi Elçin Fərahim oğlu

Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı

Əflaki Ədilə Osman qızı

Əhmədli Bəhruz Vaqif oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Əhmədov İlyas Əhməd oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əlili Hüseyn Azad oğlu

Əliyev Ələkbər Həsən oğlu

Əliyev Əliyar Əlişan oğlu

Əliyev İqbal Adil oğlu

Əliyev Sərvər Bəhlul oğlu

Əliyev Vaqif Səfər oğlu

Əliyeva İlahə Yavər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Ülkər Sabir qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmrahov Rövşən Əbdürəhman oğlu

Əsgərov Əli Rəhim oğlu

Əzizov Əzizağa Ağayar oğlu

Fətullayeva Aygün Bəhruz qızı

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Siddiqə Zakir qızı

Heybətov Anar Mithət oğlu

Həbibov Nicat Əli oğlu

Həsənquliyev Kazım Feyruz oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova İlahə Həsən qızı

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xəlilzadə Rüfət Eldar oğlu

İbişov Tahir Fidayə oğlu

İbrahimli Qabil Mahmud oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Şəhla İbrahim qızı

İmranova İnna Aleksandrovna

İsmayılov Qurban İbrahim oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Elnur Umbay oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Nərgiz Faiq qızı

Qasımov Məmmədsafa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qasımova Sevinc Vahid qızı

Qəhrəmanov Abbas Əhməd oğlu

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Elxan Əli Bala oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyeva Səbinə Kasumovna

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanova Pərvanə Yaqub qızı

Makarova Nina Aleksandrovna

Mehrəliyev Vüsal Akif oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədli Şamil Kamil oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Sabir Novruz oğlu

Məmmədova Günel Əzizağa qızı

Məsimov Qurban Abdulla oğlu

Mirişli Nazim Ramiz oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sucəddin Qiyas oğlu

Mirzəzadə Nicat Qərib oğlu

Musabəyli Nuridə Musa qızı

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayev Vüsal Sədaqət oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəzərov İlham İslam oğlu

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkram Nicad oğlu

Ramazanova Nigar Azər qızı

Rəhimov Səxavət Şərif oğlu

Rəhimova Rəna Hacıyevna

Rəhmanov Rəhman Tofiq oğlu

Rəsulov İsrafil Fərhad oğlu

Rüstəmov Elşən Mərdan oğlu

Rüstəmov Mahir Eldar oğlu

Rüstəmov Rüstəm Qərib oğlu

Rzayeva Elvira Nuca qızı

Rzayeva Vəfa Əliseyran qızı

Rzayev-Sarabski İsfar Aydın oğlu

Sadıqov Anar Babalı oğlu

Salamova Gülcahan Əhməd qızı

Salmanov Nicat Fərhad oğlu

Seyidov Aqib İbrahim oğlu

Seyidova Ceyla Uran qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Süleymanova Elmira Süleyman qızı

Şirinov Asif Əhməd oğlu

Şirinov Aslan Adil oğlu

Yahyayev Taleh Saleh oğlu

Zeynalov Azər Zeynalabdın oğlu

Zeynalov Yaqub Oktay oğlu

Zeynalova Zülfiyyə Əsgər qızı

Zülfüqarova Əminə Cahangir qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2634 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 471) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdiMayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.
Prezident Həzi Aslanovun məzarını ziyarət etdi - FotoMayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

Avrasiya.net xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
İlham Əliyev Türkiyəyə gedirTürkiyənin Rizə-Artvin hava limanının açılışı mayın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hər iki prezidentin təyyarələri eniş zolağına endikdən sonra hava limanının açılışı həyata keçiriləcək. Açılışdan sonra prezidentlər və digər qonaqların şərəfinə ziyafət təşkil olunacaq.

Qeyd edək ki, bu hava limanı Rizə şəhərindən 34, Hopadan 54 və Artvindən 125 km uzaqlıqda yerləşir.