Azərbaycanda 61 Fransa şirkəti var: "Ölkədən çıxarılmalıdır” - Mirvari Qəhrəmanlı“Ölkəmizə qarşı məkirli siyasət yeridən Fransa şirkətləri Azərbaycandan çıxarılmalıdır”.

Avrasiya.net-in xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib:

“Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır. Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsi layihəsində ( SOCAR -50% və "Total" -50% ) və Şahdəniz layihəsində(10%) iştirak edir”.

Eyni şəxsə məxsus 5 şirkət ləğv olunurAzərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına almış "Khazar Fabrcication", "Khazar Energy", "Laser Gulf ALQ", "Laser Gulf Engineering AZ" və Laser Gulf Fabrication AZ MMC-lər ləğv olunduğunu elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanına bildirə bilərlər.
“VECON CONSULTING” Qarabağda nümayəndəliyini açacaqAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də başladığı qətiyyətli əks-hücum əməliyyatları nəticəsində illərdir erməni işğalı altında olan Qarabağımızda bayrağımız ucaldıldı. Bu qələbəni bizə bəxş edən müzəffər ordumuza, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə, Ali Baş Komandana hər zaman dərin minnətdarlıq hissi duyacağıq.

“Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə sonuclanan prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir.
Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək.

Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə, “VECON CONSULTING” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır.

Biz əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək”.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Qeyd edək ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının( hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı), Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektiv üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilibNoyabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Sadiq Qurbanov tədbir iştirakçılarını torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

O, bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə tamamilə fərqli şəkildə aparılsa da, bütün sahələrdə Prezidentimiz, Ordumuz və xalqımız zəfər çalıb. Sadiq Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər ordumuzun bütün şəxsi heyətinə komitə üzvləri adından dərin təşəkkürünü bildirib. Müharibədə şəhid olan əsgər və zabitlərin, həlak olan mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri bugünkü iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Sadiq Qurbanov plastik tullantıların uzun müddət parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri barədə danışıb. Bildirilib ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib. Sadiq Qurbanov qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Təklif olunan dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Komitə üzvləri Asim Mollazadə, Nəsib Məhəməliyev, Fatma Yıldırım, İltizam Yusifov uzun illər işğal altında qalan və hazırda boşaldılması prosesi həyata keçirilən torpaqlarımızda erməni vandalları tərəfindən törədilən vəhşilikdən, təbiətə və ətraf mühitə vurulan zərərdən, meşə və bitki örtüyünün, heyvanat aləminin qəddarlıqla məhv edilməsindən söz açıblar, müzakirə edilən sənədlərin ətraf mühitin mühafizəsində mühüm rol oynayacağını bildiriblər.

Sonda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
“VECON CONSULTING” dən xeyirxah addımÖlkənin qiymətləndirmə sektorunda aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Azərbaycanın illərdir işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirəcək.

Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir.

Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi üğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50% güzəştlə həyata keçiriləcək.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Qeyd edək ki, “VECON CONSULTING” bu istiqamətdə qiymətləndirmə aparma hüququna və təcrübəsinə malik azsaylı şirkətlərdən biridir. “VECON CONSULTING” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının( hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı), Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektiv üzvüdür.

Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur”Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.
20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaqSosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı deyib.

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var:

“O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub.

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.

Banklar VPN-dən necə qorunur?İnternetdən istifadədə bəzi məhdudiyyətlər istifadəçilərin qadağan edilmiş sistemlərdən istifadəsinə gətirib. Bu, bütün sahələrdən daha çox bank sektorunda təhlükəli məqamlara yol açır.

Bəs, banklar bu barədə nə düşünür?

Kapital bankın mətbuat katibi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, bank rəhbərliyi müştərilərə müraciət edib.

Diqqətli olmalarını, bütün məlumatları yalnız rəsmi saytdan əldə etməli olduqlarını deyib. O qeyd edib ki, Birkart, Birbank, Kapital bank tətbiqlərinə VPN-lə daxil olmaq mümkün deyil. Yalnız lokal yerli şəbəkə ilə daxil olmaq mümkündür. Ermənilərin kiber hücumlarının yaşanmadığını bildirib.

Unibankdan verilən məlumatda isə qeyd edilir ki, informasiya sisteminin kiber təhlükəsizliyinin təmin olunması üçün ən son texnoloji həllərdən istifadə etdiyini, texnoloji həllərin düzgün aparılması üçün peşəkar mütəxəssislərin monitorinq həyata keçirilir.

Bankın internet üzərindən xidmət göstərən və əlçatan olan sistemlərində xüsusi aktivlik müşahidə olunub. Bankın kiber təhlükəsizlik mütəxəssisləri qarşısını dərhal alıb. Mobil bank, İnternet bank sistemlərinin təhlükəsizliyi WAF vasitəsi ilə təmin olunur və DDOS hücumlara qarşı müdafiə ən yüksək səviyyəyə qaldırılıb.

Araşdırmalar zamanı məlum olub ki, bütün banklar VPN istifadəçiləri üçün öz sistemlərindən istifadəyə qağa qoyub.
Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıbAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini rəşadət və əzmkarlıqla azad etməkdədir. Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək və Qarabağa həyat qayıdacaqdır.

Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması və bu barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.

Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Bu sırada enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetiriləcəkdir.
Bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacaqdır.

“Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur.
Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair məlumat yaydıBu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 17 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.

Avrasiya.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5672,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2 faiz çoxdur.

2020-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2955,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 33,0 mln. manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olmuşdur

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8852,5 mln. manat vəsait transfert edilmişdir.

2020-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5941,8 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18642,2 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1951,6 mln. manat və ya 11,7 faiz çoxdur.

2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1283,0 mln. manat çoxdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12188,0 mln. manatı və ya 65,4 faizi cari xərclərə, 4927,6 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1526,6 mln. manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6911,4 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil etmişdir və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olmuşdur. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.