Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələri YOXLADIMüdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.

Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.

Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.

Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları NARAHATDIR"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır”.

Modern.az saytının məlumatına görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfindən şişirdilir. Guya İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 100 mindən çox erməni yaşayır.

Amma faktlar əksini deyir. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Qarabağda məskunlaşdırılan ermənilərin sayının hazırda maksimum 25 min nəfər olduğunu bəyan edib.

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər Qarabağda qalıb yaşamağın onlar üçün çətin olacağını anlayırlar. Erməni mənbələri də onların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən çıxıb getməyin yollarını axtardığı barədə yazır. Qeyd edilir ki, Qarabağ erməniləri daha yaxşı şərait üçün ya Rusiyaya, ya da Ermənistana köç etməyə məqam axtarırlar. Amma Qarabağdakı qanunsuz erməni silahlı dəstələri – separtçı-terrorçu tör-töküntü ciddi cəhdlər mülki şəxslərin ərazilərdən çıxıb getməsinin qarşısını almağa çalışır.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağa 2000 nəfərdək rus sülhməramlısı yerləşdirilib.
Qarabağda atışma: 6 erməni əsgər yaralıdırAzərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunusuz erməni birləşmələri arasındakı atışma haqda Ermənistan MN məlumat yayıb.

Axar.az xəbər verir ki, hadisənin keçmiş Ağdərə rayonu ərazisində baş verdiyi, nəticədə ən azı 6 erməni əsgərin yaralandığı bildirilir. Onlardan ikisinin vəziyyəti kritik-ağırdır.

Erməni Teleqram kanallarında isə atışma nəticəsində ölənlərin də olduğu bildirilib. Ancaq Ermənistan MN ölənlərlə bağlı məlumat yaymayıb.

Ermənistan MN guya ermənilərin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığını iddia edib.

Qeyd edək ki, bundan öncə Azərbaycan MN açıqlama yayaraq, sözügedən ərazidə erməni əsgərlər arasında atışma baş verdiyini bildirib.

Xatırladaq ki, bu gün Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi terror aktı nəticəsində əsgərimiz Əfqan Həmzəyev şəhid olub.
Ermənilər Kəlbəcərdə maşınlarımızı atəşə tutdularOktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin VAZ-2121 markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.
Rus sülhməramlıları 4 il sonra Qarabağı tərk edəcək - DimitriyevRusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar.

Axar.az xəbər verir ki, bunu “Ruskiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dimitriyev deyib.

“Dörd il ərzində çox şeylər baş verə bilər, situasiya əhəmiyyətli miqdarda dəyişəcək. Rusiyanın orada qalmaq üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənislərin üçün itirilməsi prosesini daha az ağrılı edəcək.

Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq. Rusiya sülhməramlıları Qarabağdan ermənilərin tələsik olmayan, travmatik xarakter daşımayan evakuasiyasını ört-basdır edirlər”, – deyə o bildirib.
"Ölkəmizə qarşı bütün təhlükələri, ədalətsizlikləri birlikdə dəf edəcəyik"Dünən 43 siyasi partiyanın rəhbərləri, təmsilçiləri olaraq iqtidar-müxalifət fərqini nəzərə almadan bir araya gəldik və mədəniyyət paytaxtımıza – Şuşaya birlikdə səfər etdik. Bundan əvvəlki səfərimizdə Ağdama getmişdik. Hesab edirəm ki, cəmiyyətimizin fəal kəsimlərini Ağdama, Füzuliyə, Kəlbəcərə aparmağın müsbət tərəfləri var. Ancaq Şuşaya səfər isə bir ayrıcalıq təşkil edir. Nəyə görə belə düşünürəm? Çünki Şuşa Qarabağın tacı olmaqla bərabər, həm də Qarabağın açarıdır. Bütün Qarabağın, Şərqi Zəngəzurun və hətta deyərdim ki, Qərbi Zəngəzurun da taleyi məhz Şuşada həll olunduğuna görə, bu qala-şəhərimizə səfər etmək əslində hər birimizin üzərinə bir missiya qoyur.

Bizim hər birimiz bilməliyik ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır, elə Zəngəzur da bütün qərbi və şərqi ilə onda olacaq. Odur ki, Şuşanı göz bəbəyi kimi qorumaq təkcə Dövlətimizdən, Ordumuzdan, Ali Baş Komandanımızdan asılı deyil. Bizim hər birimiz Şuşanı qorumaq üçün görəvliyik. Bu səfərlər də məhz ona xidmət edir ki, Şuşanın Qarabağ üçün və bütövlükdə Azərbaycanımız üçün əhəmiyyətini əyani olaraq bütün varlığımızla hiss edək. Şuşanı görən, gəzən, duyan istənilən azərbaycanlı bu şəhəri qorumağın bizim üçün milli kimlik, milli şərəf məsələsi olduğunu bir daha bütün çılpaqlığı ilə hiss edər.

Ermənilərin revanşizmə can atdığı və Şuşanı yenidən işğal etmək planlarından dəm vurduğu bir məqamda ölkə siyasətçilərinin Şuşaya birgə səfər etmələrinin böyük siyasi əhəmiyyəti var. İqtidar və müxalifət düşərgəsindən olan partriyalar 44 günlük müharibə zamanı Şanlı Ordumuzun yanında olduqlarını, Ali Baş Komandanımıza dəstək verdiklərini bəyan etdikləri kimi, Zəfərimizin son nöqtəsi və rəmzi sayılanı Şuşanı birgə ziyarət etməkləri ilə də yenə də Azərbaycan Ordusunun, Azərbaycan Prezidentinin yanında olduqlarını nümayiş etdirdilər. Qoy düşmənlərimiz bilsin ki, bizim milli birliyimizin, həmrəyliyimizin ömrü 44 günlük deyil, biz bu gün də birlikdəyik və Şuşa da bütün azərbaycanlıların BİRlik nöqtəsidir.

Mən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə gerçəkləşən bu səfərin gedişində iqtidar mənsubları ilə müxalifət təmsilçilərinin ümummilli məsələlərdə bir araya gələ bilmək iradəsini bir daha müşahidə etdim və buna çox sevindim. 30 illik işğaldan sonra azad şəhərimizi – Şuşanı birlikdə ziyarət etmək də ümummilli hadisədir. Bu, qalib Azərbaycanı zəiflətmək istəyənlərə və bütün xarici təhdidlərə ən layiqli cavabdır. Mən fürsətdən istifadə edib bir daha bu səfərin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Biz həqiqətən də birlikdə güclüyük və 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da ölkəmizə qarşı bütün təhlükələri , ədalətsizlikləri birlikdə dəf edəcəyik. Buna heç kimin şübhəsi olmasın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Səfirliklərin mətbuat attaşeləri Şuşaya getdilərAzərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.

Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.
Ermənilərə dəstək verən, evləri söküb aparan İran şirkətləri...Dağlıq Qarabağdakı qanunsuz erməni rejiminə illərlə dəstək verən İran şirkətlərinin siyahısı yayılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən İran şirkətləri işğal altında olan torpaqlarımızdakı azərbaycanlıların - qarabağlıların evlərini söküb aparma, İrana daşıma işində də fəal iştirak ediblər.

Beləliklə, Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin siyahısı:

“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

Bu şirkətlərin adlarını “İran Mellat Bankı”nın İrəvan filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan bankın onu işdən çıxarmasına və məhkəməyə verməsinə etiraz olaraq yaymışdı.

Bu baxımdan, doğruluğu şübhə doğurmur.
Qarabağ Dirçəliş Fondu layihələrin maliyyələşdirilməsinə başlayırAzərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə obyektə maliyyə yardımının göstərilməsi ilə bağlı texniki işlərə başlanılıb”.

Avrasiya.net xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda bildirib.

“Hazırda ayrılacaq vəsaitlərin məbləği müəyyən edilir. Məqsədimiz bunu yaxın günlərdə etməkdir. O cümlədən ekologiya ilə bağlı bir neçə iri layihə maliyyələşdiriləcək. Çünki Qarabağda bizim təkcə tarixi abidələrimiz deyil, həm də təbii abidələrimiz, ekologiyamız məhv olub. 10 min hektarlarla ərazimiz, ağaclarımız məhv edilib. Bununla bağlı, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə memarandum imzalamışıq. Ötən həftə Azərbaycanın bir neçə böyük şirkəti memaranduma qoşulmaq istəyini ifadə edib. Həmin şirkətlər də büdcə ayıracaq”, - o deyib.

R.Hacıyevin sözlərinə görə, həmçinin, bir neçə potensial investorla danışıqlar aparılır: “Bu layihələr alternativ enerji ilə bağlıdır. Yaxın gələcəkdə iqtisadi strategiya təsdiq edildikdən sonra Fond olaraq investorlar üçün müəyyən xidmətlər də göstərəcəyik”.
Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilərMüxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçi kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa gəlib.

Avrasiya.net xəbər verir ki, beynəlxalq səyahətçilər sentyabrın 27-də təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniblər.

Bakı-Füzuli marşrutu üzrə uçuş təxminən 35 dəqiqə davam edib.

Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaqlar.

Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan Füzuli rayonunda Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə beynəlxalq aeroport tikilib. Bu il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş edib. Azərbaycanın “Airbus A340-500” və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarələri texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirib.